Güclü küləyin məktəblərdə yaratdığı fəsadlar aradan qaldırılır

   Güclü küləyin məktəblərdə yaratdığı fəsadlar aradan qaldırılır
  23 Yanvar 2019    Oxunub:1965
Yanvarın 17-si və 18-də respublika ərazisində hava şəraitinin kəskin pisləşməsi və güclü külək nəticəsində paytaxtdakı bəzi məktəblərə ziyan dəyib.
Bakı Şəhər Təhsil İdarəsindən Azvision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, müvafiq qurumlar tərəfindən operativ şəkildə zəruri tədbirlər görülüb, bir sıra problemlər aradan qaldırılıb, digərləri isə hazırda həllini tapmaqdadır.

"Onu da qeyd edək ki, güclü külək nəticəsində Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən 188 nömrəli tam orta məktəbin dam örtüyünün bir hissəsi uçub. Hadisə baş verdikdən dərhal sonra ərazi nəzarətə götürülüb. Məktəbin ərazisi və ətrafı dam örtüyünün qopan hissələrindən təmizlənib, müvafiq təhlükəsizlik tədbirləri görülüb. Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən dərhal təmir işlərinə başlanılıb. Təmir işlərinin təxminən 75-80 faizi həyata keçirilib. Yaxın günlərdə işlərin tam başa çatdırılması planlaşdırılır. Hazırda məktəbdə tədris prosesi normal şəkildə davam edir".

Aytən Zəhra
Azvision.az



Teqlər: Məktəb   Külək  





Xəbər lenti