Azərbaycandan İrana gedənlərin sayı 71,8 faiz artıb

   Azərbaycandan İrana gedənlərin sayı 71,8 faiz artıb
  23 Yanvar 2019    Oxunub:3695
Keçən il xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki illə müqayisədə 19,5 faiz artaraq 4 milyon 908,1 min nəfər olub.
Azvision.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkə vətəndaşlarının 33,6 faizi İrana, 29,2 faizi Gürcüstana, 18,9 faizi Rusiyaya, 12,3 faizi Türkiyəyə, 1,4 faizi Ukraynaya, 0,9 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 3,7 faizi isə digər ölkələrə səfər edib. Səfər edənlərin 65,3 faizi kişilər, 34,7 faizi isə qadınlar olub.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 71,8 faiz, Gürcüstana gedənlərin sayı 4,2 faiz, Türkiyəyə gedənlərin sayı 0,9 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 0,3 faiz artıb.

2018-ci ildə xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 81,4 faizi dəmir yolu və avtomobil, 17,8 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib.

Azvision.az



Teqlər: Statistika   İran   Səfər  





Xəbər lenti