Cəza metodları haqqında seminar keçiriləcək

Cəza metodları haqqında seminar keçiriləcək
  22 Yanvar 2019    Oxunub:2418
Tarixən qanunu pozan şəxslər müxtəlif formalarda cəzalandırılıblar. Bəs bu cəzalar nələrdən ibarət olub, tarix boyu necə dəyişiblər?
Bu mövzuya həsr edilmiş seminarda tarixən mövcud olmuş çoxsaylı cəza tədbirləri, eləcə də, son dövrlərdə istifadəsi genişlənən innovativ yanaşmalar - elektron bilərzik və ictimai cəzalar (community-based approach) haqqında mülahizələr təqdim ediləcək. Təqdimatçı London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində Ədliyyə Sistemi üzrə təhsil almış, bir sıra kriminoloji araşdırmaların müəllifi İnqilab Şahbazovdur.

O, sosial tədqiqatlar sahəsində dünyanın ən nüfuzlu sertifikatlarından olan “Market Research Society Advanced Certificate in Market and Social Research Practice” sertifikatının sahibidir.

Seminarda iştirak haqqında geniş məlumatı ona həsr olunmuş xüsusi eventin səhifəsindən əldə etmək olar.



Teqlər: Seminar  





Xəbər lenti