Naxçıvanda zabitlərin toplantısı keçirilib - VİDEO

Naxçıvanda zabitlərin toplantısı keçirilib -    VİDEO
  22 Yanvar 2019    Oxunub:1717
Naxçıvan Qarnizonunda bölük, batareya komandirləri və müavinlərinin, taqım komandirləri və digər kateqoriyadan olan zabitlərin komandir hazırlığı və təlim-metodiki toplantıları keçirilib.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, toplantılara cəlb edilmiş zabitlərin döyüş hazırlığı üzrə nəzəri bilikləri, praktiki vərdişləri, döyüş zamanı tabelikdə olan bölmələri idarəetmə bacarıqları yoxlanılıb.

Müxtəlif ixtisaslar üzrə məqbullar verən zabitlər yüksək nəticə göstəriblər. Naxçıvan Qarnizonu qoşunlarının birləşmə, hissə komandirləri və müavinləri ilə komandir hazırlığı toplantısı davam edir.



Azvision.az


Teqlər: Mn   Naxçıvan  





Xəbər lenti