Bədənini isti armatur deşən xəstəni ATU-da sağaldıblar

Bədənini isti armatur deşən xəstəni ATU-da sağaldıblar
  22 Yanvar 2019    Oxunub:1338
28 yaşlı gənc sağlamlığına qovuşub. Mürəkkəb əməliyyat yolu ilə xəstədə tamamilə qapanmış sidik kanalı bərpa olunub.
Səhiyyə Nazirliyi Mətbuat Xidmətindən Azvision.az -a verilən xəbərə görə, iki ay əvvəl 28 yaşlı gənc ciddi problem yaşayıb - isti armatur oğlanın ayaqlarının arasından keçib. Həddən artıq qızan yüksək temperaturlu armatur gəncin bədənini deşib keçərək sarğısından çıxıb. Bu da həmin nahiyədə böyük bir yara əmələ gətirib.

Mürəkkəb əməliyyatı icra edən, Azərbaycan Tibb Universietinin urologiya kafedrasının müdiri Südeyif İmamverdiyevin sözlərinə görə, hadisədən sonra gəncdə armatur keçən yer tamamilə yanıb, ona görə də sidik kanalı tam dağılıb. 3 yerdə ciddi yaralar olub. Sidiyi xaric etməsinə yardımçı olmaq üçün qarnın aşağı hissəsindən (qasıqüstü nahiyədən) sidik kisəsinə boru taxılıb.

Müayinələr nəticəsində pasiyentin sidik kanalı tamamilə abiterasiya olub, yəni tamamilə çapıqlarla qapanıb. Odur ki, əməliyyat yolu ilə kanalın bərpasına qərar verilib. Əməliyyat zamanı kanaldakı qapanmayan hissələrin ucları bir-birinə birləşdirilib. 3 saat yarım davam edən əməliyyat uğurla tamamlanıb və anatomik yol bərpa olunub.

Azvision.az


Teqlər: Səhiyyə   ATU  





Xəbər lenti