“Bəzi deputatlar ölkənin imicinə xələl gətirmək istəyir” - Səməd Seyidov
O qeyd edib ki, M.Hüseynov Azərbaycan Prezidentinə müraciət edərək, onun barəsində aparılan istintaqın obyektivliyinin təmin edilməsi və ədalətli qərar qəbul olunması üçün Azərbaycan Respublikası Prezidentinin müdaxilə etməsini xahiş edib. Eləcə də bir qrup insan hüquqları müdafiəçisi Azərbaycan Prezidentinə eyni müraciəti edib. Bu müraciətlər Prezidentə çatdırılıb.
“Bu gün Prezident həmin müraciətlərə dərhal reaksiya verib. Möhtərəm Prezident məhkumun gənc olmasını, artıq iki ilə yaxın cəza çəkdiyini, ailə vəziyyətini və atasının yaşlı olduğunu nəzərə alaraq, Mehman Hüseynovun işində humanizm prinsipinin önə çəkilməsini, araşdırmanın obyektiv və ədalətli olması üçün qanunla nəzərdə tutulmuş bütün zəruri tədbirlərin görülməsini Azərbaycan Respublikasının baş prokuroruna tövsiyə edib. Eyni zamanda, cənab Prezident hadisənin iştirakçılarını barışığa doğru addımlar atmağa dəvət edib.
Bu fürsətdən istifadə edib, AŞPA-dakı həmkarlarıma, eləcə də Avropa Şurasının bəzi məmurlarına təşəkkür edirəm ki, Azərbaycanla kommunikasiya yaradaraq, real vəziyyəti aydınlaşdırmağa cəhd göstərdilər. Ancaq təəssüf olsun ki, bəziləri məsələnin əsl məziyyətini bilmədən emosiyalara üstünlük verdilər. Azərbaycana qarşı belə mövqelər qəbuledilməzdir.
İnanıram ki, Azərbaycan və Avropa Şurası arasında əməkdaşlıq gələcəkdə daha da məhsuldar olacaq”, - deyə S.Seyidov diqqətə çatdırıb. (AzərTAc)
Azvision.az
Teqlər: Səməd-Seyidov