3 vəkilin fəaliyyəti dayandırıldı - Məhkəməyə müraciət olundu

   3 vəkilin fəaliyyəti dayandırıldı -    Məhkəməyə müraciət olundu
  22 Yanvar 2019    Oxunub:2990
Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclası keçirilib.
Kollegiyadan Azvision.az -a verilən məlumata görə, iclasda vəkillər barəsində başlanılmış 12 intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılaraq, qanunvericiliyin tələblərini pozduğuna görə 3 vəkilin fəaliyyətinin dayandırılaraq Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunması üçün məhkəməyə müraciət olunması barədə qərər qəbul olunub.

Həmçinin 1 vəkilə irad, 1 vəkilə töhmət verilib, 6 iş üzrə isə pozuntu aşkar edilmədiyi, eləcə də daxil olmuş şikayətlərdəki məlumatlara hüquqi qiymət verilməsi mümkün olmadığı üçün intizam icraatlarına xitam verilib, 1 intizam işi üzrə isə əlavə araşdırma aparılması ilə əlaqədar məsələ növbəti iclasda baxılanadək təxirə salınıb.

Azvision.az



Teqlər: Vəkillər-Kollegiyası   Vəkil   Məhkəmə  





Xəbər lenti