Xarabalığa çevrilən məscid: Qorxu çıxartmaq üçün ora gedirlər - FOTOLAR

    Xarabalığa çevrilən məscid:    Qorxu çıxartmaq üçün ora gedirlər -    FOTOLAR
  21 Yanvar 2019    Oxunub:8738
Nəsrani məscidi (Tərza piri də deyilər) Bakının Buzovna qəsəbəsində yerləşir. Bu abidənin II-III əsrə aid olduğu ehtimal edilir. Pir dağılıb, yerində xarabalıqlar, iki sökük tağ qalıb. Adıçəkilən abidə Abşeronda Qafqaz Albaniyası dövrünə aid edilir.
Nəsranilər və ya nəsarə sözü müsəlman mənbələrində xristiana verilən addır. Burada iki nəzəriyyə mövcüddür. Birinci nəzəriyyəyə görə, bu söz Həzrəti İsanın adı ilə bağlı olan Nasirə şəhərinin adından götürülüb. İkinci nəzəriyyəyə görə, nəsrani sözü Quranda ənsar kəlməsindən qaynaqlanır.

Bura insanlar əsasən qorxu çıxartmaq üçün üz tuturlar, daha çox uşaqları gətirirlər. Həmin yerdə şüşə sındırıb, niyyət edirlər. Bununla qorxuluğun qarşısını almağa çalışırlar.

Deyilənə görə, İslamdan qabaq Nəsrani məscidi atəşpərəstlərin ibadətgahı olub. Digər bir ehtimala əsasən, burada peyğəmbərin qəbri olub və qəbri ziyarətə gəlirlərmiş. Hətta rəvayət də edirlər ki, 33-cü ildə abidəni dağıdıblar və peyğəmbərin qəbrini buradan götürüblər.









Aytən Zəhra
Foto: Şahin Sərdarov

Azvision.az



Teqlər: Buzovna   Məscid  





Xəbər lenti