20 Yanvar Qətərdə anıldı
20 Yanvar hadisələrinin səbəbləri və nəticələrindən söz açan səfir, qeyd edilən faciənin Azərbaycanın yeni tarixinin ən qanlı hadisələrindən biri olduğunu, yüzlərlə vətəndaşımızın qətlə yetirildiyini və yaranlandığını, həmçinin ölkədə böyük dağınıtların törədildiyini nəzərə çatdırıb. Həmin gün şəhid olan ölkə vətəndaşlarının öz qanları bahasına Azərbaycanın müstəqillik və azadlıq mübarizəsi tarixində şanlı səhifəaçdıqlarını bildirib.
Səfir əlavə edib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının öz müstəqil dövlətini qurmaq iradəsini daha da möhkəmləndiribvə faciədən qısa müddət sonra onun azadlıq və müstəqilliyini yenidən bərpa etməsi ilə nəticələnib.
Tədbir, 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş filmin nümayişi ilə davam etdirilib.
20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar Qətərin ərəb və ingilis dilli mətbuatında geniş yazılar dərc edilib.
Azvision.az
Teqlər: 20-Yanvar