Avropa İttifaqı Qarabağ danışıqlarının konkret nəticələrini gözləyir
Bəyanatda qeyd olunub ki, Aİ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə yanvarın 16-da Parisdə keçirilmiş görüşdə hər iki tərəfin əhalisinin sülhə, təhlükəsizliyə və dayanıqlı regional inkişafa hazırlanması yollarının müzakirəsindən və danışıqlar prosesinin daha da fəal aparılmasından konkret nəticələr gözləyir.
Aİ-nin bəyanatının sonunda vurğulanıb: “Bundan başqa, Avropa İttifaqı ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçilik səylərini və təkliflərini dəstəkləyir, Dağlıq Qarabağ münaqişəsinə son qoymağa və bütün Cənubi Qafqaz regionunun rifahı naminə dayanıqlı sülhə nail olmağa çağırır. Cənubi Qafqaz regionunda olan potensialı reallaşdırmağa kömək edəcək möhkəm sülhün bərqərar olması hamının mənafeyinə uyğundur”.(AzərTAc)
Azvision.az
Teqlər: Avropa-İttifaqı Qarabağ