Nuşirəvan Məhərrəmlidən televiziyalara TƏKLİF

Nuşirəvan Məhərrəmlidən televiziyalara TƏKLİF
  09 Noyabr 2013    Oxunub:865
“Eyni artistlərin nitqindən istifadə edərək müxtəlif filmlər nümayiş olunur”.
AzVision.az xəbər verir ki, bu fikirlər Milli Televiziya və Radio Şurasının (MTRŞ) bu ilin sentyabr-oktyabr ayları üçün apardığı monitorinqlərin nəticələri haqqında hazırlanan hesabatda təkliflər bölməsində öz əksini tapıb.

MTRŞ telekanallara dilin ədəbi normalarına riayət etmələri üçün təkliflər hazırlayıb. Həmin təklifləri təqdim edirik:

1. Televiziyada Azərbaycan dili haqqında, dilin gözəlliklərindən bəhs edən verilişlərin açılması, dilə aid mövzuların müzakirəyə çıxarılması yaxşı olardı.

2. Hər hansı bir verilişin, proqramın redaktorlarından birinin dilçi olması televiziya dilində ədəbi dilin normalarından yayınmaların qarşısının alınmasına öz müsbət təsirini göstərəcək.

3. Dublyaj filmlərinin səslənməsində filmi səsləndirən artistlərin sayı artırılmalıdır. Hər həftə eyni artistlərin nitqindən istifadə edərək müxtəlif filmlər nümayiş olunur. Bu zaman isə tamaşaçı səslərə görə yeni filmə baxmasının fərqdində olmur.

4. Fikrimizcə, redaktorlar, aparıcılar onlar üçün qaranlıq, mübahisəli olan dil məsələləri ilə bağlı AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu ilə əlaqə saxlasalar, daha məqsədəuyğun olar. əmin olsunlar ki, dilçi alimlər istənilən məsələnin izahında onlardan köməklərini əsirgəməyəcəklər.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti