Yollarda sürət həddi əvvəlki vəziyyətə qaytarılıb

  18 Yanvar 2019    Oxunub : 902
Yollarda sürət həddi əvvəlki vəziyyətə qaytarılıb
Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi əvvəlki vəziyyətə qaytarılıb.
Bakı Nəqliyyat Agentliyindən Azvision.az -a verilən məlumatda bildirilir ki, hər iki yoldakı elektron tablolarda yandan əsən külək işarəsi qoyulub.

Xatırladaq ki, qeyd edilən avtomagistrallarda bütün zolaqlar üzrə sürət həddi yanvarın 16-dan 17-nə keçən gecədən hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar 20 km/saat aşağı salınmışdı.

Azvision.az

Teqlər: BNA   Yol