“Ölkə üzrə ciddi problem yaranmayıb” - “Azərişıq”
"Hazırda Bakı şəhəri və bütün rayonlarda "Azərişıq" əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar. Baş verə biləcək qəzaların dərhal aradan qaldırılmasını həyata keçirmək üçün “Azərişıq” ASC-nin rəhbərliyi tərəfindən müvafiq əmr imzalanıb. Əmrə əsasən məsul şəxslərlərdən ibarət növbətçilik təşkil edilib, eyni zamanda sistem əhəmiyyətli yarımstansiyalara birbaşa məsul şəxslər təyin ediliblər. Paylayıcı elektrik veriliş xətlərinin təkrar yoxlanılması və nəzarətdə saxlanılması təmin edilib".
Qurum rəsmisi qeyd edib ki, qəza təhlükəsi ehtimal edilən ərazilərdə qabaqlayıcı tədbirlər görülüb: "Texniki Direktorluğa tabe olan xidmət sahələrində və Avtonəqliyyat İdarəsində zəruri olan mal-materialların ehtiyatı yaradılıb. 199-Çağrı Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir".
Anar Kəlbiyev
Azvision.az