BMT-nin baş katibi Parisdəki Qarabağ danışıqlarını dəstəklədi

BMT-nin baş katibi Parisdəki Qarabağ danışıqlarını dəstəklədi
  18 Yanvar 2019    Oxunub:1866
BMT-nin baş katibi Antonio Quterreş ATƏT-in Minsk Qrupu həmsədrlərinin təşkilatçılığı ilə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında yanvarın 16-sı Parisdə keçirilən görüşü müsbət qarşılayıb.
Azvision.az xəbər verir ki, Baş katib uzun müddət davam edən Dağlıq Qarabağ münaqişəsinin qarşılıqlı razılaşma və sülh yolu ilə həll edilməsi üçün tərəflərin davamlı öhdəliyini yüksək qiymətləndirib və əhalinin sülhə hazırlanmasına dair konkret tədbirlərin görülməsinin zəruriliyi barədə nazirlərin razılaşmasını alqışlayıb.

Baş katib, Birləşmiş Millətlər Təşkilatının ATƏT-in Minsk qrupunun mühüm vasitəçilik səylərini tam dəstəklədiyini bir daha vurğulayıb.

Azvision.az



Teqlər: BMT   Qarabağ   XİN  





Xəbər lenti