10 gündür kapitan İsmayılovun meyiti tapılmır

  17 Yanvar 2019    Oxunub : 1216
 10 gündür kapitan İsmayılovun meyiti tapılmır
Yanvarın 7-də Türkiyənin Samsun şəhəri yaxınlığında qəzaya uğrayan gəmidə olan azərbaycanlılardan biri hələ də tapılmayıb.

Bu barədə Azvision.az -a Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan vətəndaşı - gəmi kapitanı İsmayılov Turbat Kamil oğlunun axtarışları bir nəticə verməyib.
Qeyd edək ki, yanvarın 7-də saat 16:50-də Qara dənizdə Türkiyənin Samsun şəhəri yaxınlığında Panama bayrağı altında üzən “Volgabalt 214” gəmisi qəzaya uğrayıb. Gəminin ekipaj üzvlərindən 2 nəfəri Azərbaycan vətəndaşı olub.

Qəza zamanı gəmi kapitanının baş köməkçisi İbrahimov Məmmədəli Surxay oğlu dünyasını dəyişib, onun meyiti sudan çıxarılaraq təhvil verilib. Digər Azərbaycan vətəndaşı - gəmi kapitanı İsmayılov Turbat Kamil oğlunun cəsədini tapmaq mümkün olmayıb.

Aytən Zəhra
Azvision.az

Teqlər: Qara-Dəniz   Gəmi   Qəza