Havaya görə təcili yardıma müraciət edənlər varmı?

  17 Yanvar 2019    Oxunub : 1984
 Havaya görə təcili yardıma müraciət edənlər varmı?
Bakı şəhərində müşahidə edilən təhlükəli küləkli hava şəraitinin fəsadları ilə bağlı Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına hələlik heç bir müraciət qeydə alınmayıb.

Bu barədə Azvision.az -a Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, adi günlərdə olan müraciətlər qeydə alınıb.
Qeyd edək ki, saat 09:00-a olan məlumata əsasən, şimal-qərb küləyi Bakıda və Abşeronyarımadasının bəzi yerlərində arabir 30- 35 m/saniyəyədək şiddətlənib. Dalğanın hündürlüyü Günəşli yatağında 4,8 metrə çatıb.

Aytən Zəhra
Azvision.az

Teqlər: Səhiyyə-Nazirliyi   Təcili-Yardım