BŞİH: “Güclü külək Bakıda heç bir fəsad törətməyib”

  17 Yanvar 2019    Oxunub : 1295
 BŞİH: “Güclü külək Bakıda heç bir fəsad törətməyib”
Bakı şəhərində müşahidə edilən təhlükəli küləkli hava şəraiti hələlik heç bir fəsad törətməyib.

Bu barədə Azvision.az -a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, bir neçə gün öncədən başlayaraq BŞİH-nin Yaşıllaşdırma İdarəsi tərəfindən çürümüş, qırılmaya meyilli ağaclar budanıb: "Bakı şəhəri üzrə hələlik ciddi bir hadisə olmayıb".
Qeyd edək ki, saat 09:00-a olan məlumata əsasən, şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir 30- 35 m/saniyəyədək şiddətlənib. Dalğanın hündürlüyü Günəşli yatağında 4,8 metrə çatıb

Aytən Zəhra
Azvision.az

Teqlər: BŞİH   Külək   Hava