Naxçıvanda Ermənistan məhsulları məhv edilib

  17 Yanvar 2019    Oxunub : 1542
Naxçıvanda Ermənistan məhsulları məhv edilib
Muxtar respublikanın gömrük orqanları tərəfindən kütləvi informasiya vasitələrin nümayəndələrinin iştirakı ilə növbəti məhvetmə tədbiri keçirilib.
Azvision.az xəbər verir ki, bir sıra yararsız məhsullar yandırılaraq məhv olunub.

Həmçinin, 4 000 ABŞ dolları və 6 300 türk lirəsi saxta olduğundan, 1577 ədəd siqaret və ümumilikdə 10 adda mal isə işğalçı Ermənistan Respublikasına aid olduğundan məhv edilib.

Gömrük orqanları milli mentalitetimizə zidd olan və dini dəyərlərimizlə uzlaşmayan ədəbiyyat və vasitələrin və digər malların muxtar respublikaya gətirilməsinə qarşı mübarizə tədbirlərini də davam etdirilib. Bu istiqamətdə saxlanılan ümumilikdə 4 adda müxtəlif vasitələr, o cümlədən 50 ədəd beşbarmaq xüsusi qaydada məhv olunub.

Azvision.az

Teqlər: Naxçıvan   Gömrük