“Bakıda zəlzələ olacaq” iddiasına cavab verildi

   “Bakıda zəlzələ olacaq” iddiasına cavab verildi
  17 Yanvar 2019    Oxunub:2941
"Respublika ərazisində gözlənilən hava şəraiti ilə əlaqədar qabaqlayıcı tədbirlərin görülməsi, əfsuslar ki, bəzi insanların Bakıda zəlzələ olacağına dair heç bir əsası olmayan, həqiqəti əks etdirməyən və vətəndaşları heç nədən narahat edən xəbərlər yaymasına səbəb olub. Vətəndaşlarımız tərəfindən bizə bununla bağlı edilən çoxsaylı müraciətlərə bir daha aydınlıq gətirərək bildirmək istəyirəm ki, meteoroloji amillərin zəlzələ ocaqları ilə hər hansı əlaqəsi yoxdur. Hazırda respublika ərazisində seysmik aktivlik fon səviyyəsindədir"
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, Bakıda gözlənilən güclü küləklə bağlı müvafiq qurumlar tərəfindən edilən xəbərdarlıqlar müsbət və vaxtında görülmüş tədbirlərdir:

"Odur ki, vətəndaşlarımızdan Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadı olmayan hər hansı xəbəri inanmamağı, media nümayəndələrimizdən isə bu səpkili xəbərləri dəqiqləşdirmədən yaymamağı xahiş edirik".

Azvision.az



Teqlər: AMEA   Zəlzələ  





Xəbər lenti