FHN gücləndirilmiş iş rejiminə keçir

FHN gücləndirilmiş iş rejiminə keçir
  16 Yanvar 2019    Oxunub:2793
Fövqəladə Hallar Nazirliyi 17-18 yanvar 2019-cu il tarixilərində gücləndirilmiş iş rejimində işləyəcək.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, bu barədə Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov tərəfindən müvafiq əmr imzalanıb.

Əmrə əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun xəbərdarlığına əsasən, Abşeron yarımadası, Xəzər dənizi Akvatoriyasında və respublikamızın rayonlarında gözlənilən təhlükəli hidrometeoroloji hadisə ilə əlaqədar vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrin və qəzaların vaxtında aşkarlanaraq qarşısının alınması, onların mümkün nəticələrinin operativ aradan qaldırılması işinin təşkili məqsədilə Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qəza-xilasetmə qurumları və regional mərkəzləri 17-18 yanvar 2019-cu il tarixilərində gücləndirilmiş iş rejimində çalışacaqdır.

Azvision.az


Teqlər: FHN   Gücləndirilmiş-rejim  





Xəbər lenti