NATO-nun ekspert qrupu Hərbi Akademiyada

NATO-nun ekspert qrupu Hərbi Akademiyada
  16 Yanvar 2019    Oxunub:1509
Hərbi təhsil sisteminin müəyyən sahələrinin inkişafina yardım üzrə NATO-nun “Müdafiə təhsilinin genişləndirilməsi” proqramına əsasən Silahlı Qüvvələrin Hərbi Akademiyasında Alyansın ekspert qrupu ilə işçi görüşü keçirilir.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, NATO-nun ekspert qrupu ilə hərbi təhsil müəssisələrinin müəllimləri dərs planlarının və proqramlarının hazırlanmasına və qiymətləndirməyə dair müzakirələr aparırlar.

Yanvarın 17-dək davam edəcək işçi görüşü çərçivəsində yerli müəllimlər açıq dərslər keçirəcəklər. Sonda isə bu açıq dərslərin ümumi nəzəriyyəsinin müzakirəsi və qiymətləndirilməsi olacaqdır.

Azvision.az


Teqlər: NATO   Akademiya   MN  





Xəbər lenti