Lionda Azərbaycan muğamı səsləndi - FOTO

Lionda Azərbaycan muğamı səsləndi -  FOTO
  16 Yanvar 2019    Oxunub:2921
Azərbaycan Respublikasının Fransadakı səfirliyinin dəstəyi və Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının təşkilatçılığı ilə Fransanın Lion şəhərinin ən mötəbər konsert zallarından olan Le Palais Bondy (Bondi Sarayında) Azərbaycan muğam triosunun konserti keçirilib.
Fransa-Azərbaycan Dialoqu Assosiasiyasından Azvision.az -a veriən məlumata görə, konsert Azərbaycanda ilk dəfə olaraq qadınlara seçmə, seçilmə hüququnun verilməsinin 100 illiyinə həsr olunub.

Konsertdə Əməkdar artistlər Elşən Mansurov (kamança) və Ələkbər Ələkbərovun (tar) müşayiəti ilə beynəlxalq müsabiqələr laureatı Kamilə Nəbiyeva muğamlarımızı ustalıqla ifa edib. Tədbiri Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının sədri Günel Səfərova açaraq Azərbaycan Respublikasının Fransadakı səfiri, cənab Rəhman Mustafayevə zəngin Azərbaycan mədəniyyətinin Fransa regionlarında təbliğ olunmasındakı dəstəyinə görə təşəkkürünü bildirdi. Tədbir iştirakçılarını salamladıqdan sonra Azərbaycan muğam mədəniyyəti və tarixindən söz açaraq muğamın azərbaycanlıların əsas mədəni sərvətlərdən biri olduğunu vurğuladı.



Daha sonra tədbirdə, Azərbaycan Respublikasının Fransadakı səlahiyyətli səfirini təmsil edən Vaqif Ağayev çıxış edib. O, Azərbaycan mədəniyyətinin qorunmasında və dünyada tanınmasında Heydər Əliyev Fondunun müstəsna işindən danışaraq muğam sənəti barədə məlumat verdi. Muğamımızın UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsindən danışaraq yeni nəsil muğam ifaçıları formalaşmasında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən Muğam müsabiqəsinin vacibliyini vurğuladı. Eyni zamanda Azərbaycan Demokratik Respublikası 21 iyul 1919-cu il tarixdə dilindən, dinindən və cinsindən asılı olmayaraq 20 yaşdan yuxarı hər bir vətəndaşına seçmə, seçilmə hüququnun verilməsinin qanuniləşdirilməsini qeyd etdi.



Tədbirdə həmçinin Azərbaycan Respublikasının Fransadakı səfirliyinin birinci müşaviri, Türkiyənin Lion şəhərindəki Baş Konsulu və konsulluq əməkdaşları, Əlcəzairin Lion şəhərindəki Baş Konsulluğunun Mədəniyyət işləri üzrə konsul müavini, Lion Milli Musiqi və Rəqs Konservatoriyasının direktor müavini, Auvergne-Rhône-Alpes (Overn-Ron-Alp) regionunun Ticarət Palataları Federasiyasının prezidenti, Fransa-Türkiyə Ticarət Palatasının Baş katibi, habelə Lion şəhərin sakinləri, fransız ictimai-siyasi xadimlər iştirak ediblər.



Tədbirin sonunda Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının sədri Günel xanım çıxış edərək hər kəsə tədbirdə iştirakı üçün minnətdarlığını bildirdi və Lion şəhərində belə bir mötəbər zalda Azərbaycanı muğamının səslənməsindən qürur duyduğunu bildirdi.




Azvision.az


Teqlər: Azərbaycan   Fransa  





Xəbər lenti