Qərib Məmmədova yeni vəzifə verildi

Qərib Məmmədova yeni vəzifə verildi
  08 Noyabr 2013    Oxunub:1567
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov “AMEA-nın “Xəbərləri”nin baş redaktoru təyin edilib.
Elmlər Akademiyasının mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, “AMEA-nın “Xəbərləri” (aqrar elmlər seriyası) jurnalı təsis edilib.

Aqrar elminin müxtəlif sahələrində aparılan tədqiqatların nəticələrinin işıqlandırılması məqsədilə AMEA Rəyasət Heyətinin 2 oktyabr 2013-cü il tarixli qərarına əsasən “AMEA-nın “Xəbərləri” jurnalı (aqrar elmlər seriyası) təsis edilib.

Jurnalın baş redaktoru AMEA Aqrar Elmlər Bölməsinin akademik-katibi, akademik Qərib Məmmədov, baş redaktor müavini aqrar elmlər üzrə elmlər doktoru Ağamir Həşimov, məsul katib biologiya üzrə fəlsəfə doktoru Tubuxanım Qasımzadə təyin olunub.

AzVision.az


Teqlər:  





Xəbər lenti