Təhlükəli hava ilə əlaqədar qərargah yaradıldı

 Təhlükəli hava ilə əlaqədar qərargah yaradıldı
  15 Yanvar 2019    Oxunub:5808
Ölkə ərazisində yanvarın 16-dan 17-ə keçən gecədən başlayaraq 18-i gündüzədək gözlənilən ifrat təhlükəli hidrometeoroloji hadisə ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparatında və Milli Hidrometeorologiya Departamentində Qərargahlar yaradılıb, nazirliyin bütün qurumları səfərbər edilərək gücləndirilmiş iş rejiminə keçib.
Ekologiya və Təbii sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın Azvision.az . az-a verdiyi məlumata əsasən ETSN-nin Aparatında yaradılan Qərargahdan dövlət qurumları və Nazirliyin regional idarələri arasında koordinasiyanın daha da gücləndirilməsi məqsədilə operativ faktiki hava məlumatları təqdim olunacaq.

Milli Hidrometorologiya Departamentində yaradılan Qərargahdan müşahidə olunan proseslə bağlı ətraflı məlumatlar – yağıntılar, küləyin sürəti, istiqaməti, dənizdə dalğanın hündürlüyü ilə bağlı məlumatların hər üç saatdan bir aidiyyəti dövlət orqanlarına ötürülməsi təmin ediləcək və ictimaiyyətə KİV vasitəsilə canlı və yazılı veriləcək.
Təhlükəli hidrometeoroloji hadisə ilə əlaqədar məlumatları almaq üçün birbaşa Qərargah üzvlərinə müraciət oluna bilər.

Qərargahın və Qərargah üzvlərinin telefon nömrələri:

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

• Qərargah (012) 538 04 81
• Rəşad Allahverdiyev (012) 538 54 54
• İradə İbrahimova (050) 300 92 29
• Tural Məmmədov (012) 538 8513

Milli Hidrometeorologiya Departamenti

• Qərargah (012) 441 11 75
• Umayra Tağıyeva (050) 225 32 42
• Asif Verdiyev (050) 394 12 23
• Gülşad Məmmədova (050) 550 28 36

Azvision.az


Teqlər: ETSN   Qərargah  





Xəbər lenti