Küləyə görə 1700-dən çox neftçi təxliyə ediləcək

  Küləyə görə 1700-dən çox neftçi təxliyə ediləcək
  15 Yanvar 2019    Oxunub:2564
Yanvarın 17-də hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar SOCAR üzrə təhlükəsizlik tədbirləri maksimum dərəcədə gücləndirilmiş, istehsalatda qəzaların baş verməməsi üçün növbədə qalması zəruri olan işçilərdən başqa bütün əməkdaşlar təxliyə edilir.
SOCAR-dan Azvision.az -a verilən xəbərə görə, hava və dəniz nəqliyyatları vasitəsi ilə ümumilikdə 1700-dən çox neftçinin sahilə çıxarılması üçün aparılan tədbirlər artıq sona çatdırılır. Hava şəraitinin kəskin pisləşməsi ilə bağlı bütün sahələrdə maarifləndirmə işləri aparılmış, açıq hava şəraitində işlər maksimum dərəcədə dayandırılıb, tikililərin və qurğuların təhlükəsiz vəziyyətə gətirilməsi haqqında göstərişlər verilib, zəruri sahələrdə növbətçilik təşkil olunub.

Mümkün fövqəladə vəziyyətlə əlaqədar digər təşkilat və qurumlarla mütəmadi əlaqələr saxlanılır, mövcud vəziyyət daimi nəzarət altındadır. Dənizdəki bütün neft-qaz yataqlarında növbətçi gəmilər və FHN-nin yanğından mühafizə gəmiləri tərəfindən növbətçilik həyata keçirilir.

Azvision.az



Teqlər: SOCAR   Neftçi  





Xəbər lenti