DİM ASAN ödəniş sisteminə inteqrasiya edilib
“ASAN ödəniş” sistemi Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2014-cü il tarixli 110 nömrəli Fərmanına əsasən yaradılıb. Hazırda 30 mərkəzi icra hakimiyyəti, 79 yerli icra hakimiyyəti, 6 publik hüquqi şəxs və dövlətə məxsus 7 hüquqi şəxs olmaqla, 122 dövlət qurumunun cərimə, vergi, rüsum, kommunal, lizinq, kredit, xidmət haqqı və s. 200-dən artıq xidmət üzrə ödənişləri “ASAN ödəniş” sistemi vasitəsi ilə həyata keçirmək mümkündür.
Müvafiq ödənişlər www.asanpay.az ödəniş portalı, mobil tətbiqləri və terminalları, "Elektron hökumət" portalı, eləcə də sistemə qoşulmuş 10000-dən artıq ödəniş terminalları, respublika ərzisində fəaliyyət göstərən ən qabaqcıl ödəmə portalları, internet və mobil bankçılıq xidmətləri vasitəsi ilə nağd və ya nağdsız qaydada təmin edilir.
Azvision.az
Teqlər: ASAN-ödəniş DİM