Həmyerlisini döyüb öldürən şəxs tutuldu

  15 Yanvar 2019    Oxunub : 929
 Həmyerlisini döyüb öldürən şəxs tutuldu
Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri tədbirlərlə Cəlilabad rayonu ərazisində ağır cinayət törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, yanvarın 13-də Cəlilabad şəhəri ərazisindən şəhər sakini Rəcəb Mirzəyevin küt alətlə döyülmə xarakterli xəsarətlə xəstəxanaya gətirilməsi, həkimlərin səyinə baxmayaraq orada ölməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Faktla əlaqədar cinayət işi başlanılıb. Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən şəhər sakini Əziz Quliyev saxlanılıb.

Azvision.az

Teqlər: DİN   Qətl