Bakıda bəzi dayanacaqların yeri dəyişdirilib

Bakıda bəzi dayanacaqların yeri dəyişdirilib
  15 Yanvar 2019    Oxunub:1708
Yol kəsişmələrində və ya kəsişmələrə yaxın ərazilərdə quraşdırılmış avtobus dayanacaq pavilyonlarının yerlərinin dəyişdirilməsi işləri davam etdirilir.
Bakı Nəqliyyat Agentliyindən Azvision.az -a verilən məlumata görə, bu çərçivədə M.Qardaşları küçəsi ilə A.Bakıxanov küçələrinin kəsişməsində yerləşən dayanacaq pavilyonu bir qədər geridə təşkil edilib. Nəticədə, yolun hərəkəti buraxmaq qabiliyyəti artıb. Məlumat üçün bildirək ki, svetoforla nizamlanan M.Qardaşları küçəsi ilə A.Bakıxanov küçələrinin kəsişməsində daimi sağa yanan əlavə bölmə olmağına baxmayaraq həmin ərazidə avtobus dayanacaq məntəqəsinin mövcud olması səbəbindən yolda sıxlıq müşahidə olunurdu.



Həmçinin, Cavadxan küçəsində (Zərifə Əliyeva adına göz klinikasının qarşısında) mövcud avtobus dayanacaq məntəqəsi svetoforla nizamlanan yol kəsişməsində təşkil edildiyindən həmin ərazidə avtobusların dayanması sərnişinlərin təhlükəsizliyini təmin etmədiyindən və hərəkət iştirakçılarına maneə yaratdığından, avtobus dayanacaq məntəqəsi kəsişmədən irəlidə təşkil edilib.





Azvision.az


Teqlər: BNA   Dayanacaq  





Xəbər lenti