Pensiya təyinatı avtomatlaşdırılmış rejimdə həyata keçirilir

Pensiya təyinatı avtomatlaşdırılmış rejimdə həyata keçirilir
  15 Yanvar 2019    Oxunub:1732
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda qurumun idarə, rayon (şəhər) şöbələrinin rəhbərlərinin, pensiya, sosial yardım və müavinət sektorları müdirlərinin iştirakı ilə seminar-müşavirə keçirilib.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, tədbirdə Fondun direktor müavini Cavid Abdullayev 2018-ci ildə Fond tərəfindən görülən işləri, əldə olunan nailiyyətləri qeyd edib. O, pensiya qanunvericiliyinə edilmiş dəyişikliyə uyğun olaraq cari ilin əvvəlindən ölkəmizdə pensiya təyinatının avtomatlaşdırılmış rejimdə həyata keçirilməsinə başlandığını diqqətə çatdırıb.



Seminar-müşavirədə avtomatlaşdırılmış pensiya təyinatı, avtomatlaşdırmanın əhatə etmədiyi şəxslər üzrə Fondun yerli orqanlarının funksiyaları, tapşırıqların icrası vəziyyəti müzakirə olunub. Fondun cari ildə qarşısında duran vəzifələrdən bəhs olunub, bu vəzifələrin icrasının təmin edilməsi ilə bağlı müvafiq göstərişlər verilib.

Azvision.az


Teqlər: Pensiya   DSMF  





Xəbər lenti