“34.2 milyon manatlıq əmlaka həbs qoyulub” - Kamran Əliyev

 “34.2 milyon manatlıq əmlaka həbs qoyulub” -    Kamran Əliyev
  15 Yanvar 2019    Oxunub:2037
Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə 120.0 milyon manat məbləğində maddi ziyandan ibtidai araşdırma mərhələsində 53.3 milyon manatın ödənilməsi təmin edilib, həmçinin qalan ziyanın ödənilməsini təmin etmək məqsədilə 34.2 milyon manat dəyərində qiymətləndirilən əmlak üzərinə həbs qoyulmaqla, ümumilikdə vurulan maddi ziyanın 73 %-nin ödənilməsi təmin edilib.
Azvision.az -ın məlumatına görə, bunu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi rəisi Kamran Əliyev 2018-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, törədilən və ya hazırlanan korrupsiya ilə əlaqədar hüquqpozmalara dair baxılmış məlumatlar üzrə araşdırma müddətində 2.6 milyon manat məbləğində maddi ziyanın ödənilməsi təmin edilib.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Korrupsiya   Cinayət  





Xəbər lenti