“30 fevral” tarixinə görə 2 nəfər işdən çıxarıldı

 “30 fevral” tarixinə görə 2 nəfər işdən çıxarıldı
  14 Yanvar 2019    Oxunub:9968
“Xırman” şirkəti istehsal etdiyi “Qaymaq”məhsulun üzərində son istifadə müddətinin 30 fevral göstərilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan fotoşəkilə münasibət bildirib.

Brendin layihə rəhbəri Leyla Quliyeva Azvision.az -a açıqlamasında məsələdən xəbərdar olduqlarını deyib.
“Lazımi şöbələrə iradlar bildirilib. Keyfiyyətə nəzarət şöbəsinin 2 əməkdaşı məsuliyyətsizliyə görə işdən çıxarılıb. Bu, sırf texniki səhvdir, avadanlıq səhvidir və bunu inkar etmirik. Ərazidən bütün məhsullar yığışdırılır. Buna görə də bütün müştərilərimizdən üzr istəmişik və səhvimizi düzəldəcəyik”.

Qeyd edək ki, həmin məhsul “Qaymaq” qatılaşdırılmış şəkərli südüdür.

Aytən Zəhra
Azvision.az


Teqlər: Qaymaq   Məhsul  





Xəbər lenti