Fransada 240 etirazçı saxlanılıb - FOTOLAR (Yenilənib)

Fransada 240 etirazçı saxlanılıb -  FOTOLAR (Yenilənib)
  13 Yanvar 2019    Oxunub:5457
Bu gün “sarı jiletlilər”in Fransada keçirilən etiraz aksiyalarında saxlanılan şəxslərin sayı 240 nəfərə çatıb.

BFM telekanalının yaydığı məlumata görə, bir sıra şəhərlərdə, həmçinin, paytaxt Parisdə aksiyalar iğtişaşlarla müşayiət olunub.
Belə ki, Parisdə gün ərzində saxlanılan 120 nəfərdən 74-ü artıq həbs edilib. Onlar hüquq mühafizə orqanları əməkdaşlarına qarşı güc işlətməkdə və qadağan olunmuş silah gəzdirməkdə ittiham olunurlar.

***
Fransada "sarı jiletlilər"in növbəti etiraz aksiyası keçirilib.

Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, yüzlərlə etirazçı paytaxt Parisdə küçələrə çıxaraq hökumətin əleyinə şüarlar səsləndirib, prezident Emmanuel Makronun istefasını tələbə ediblər.

Əraziyə cəlb olunan polis əməkdaşları ilə nümayişçilər arasında qarşıdurma baş verib. "Sarı jiletlilər" aksiyanı dağıdan polisləri daşa basıblar. Nəticədə asayiş keşikçiləri bibər qazından istifadə edilər.

Son məlumatlara görə, etirazlar zamanı 102 nəfər saxlanılıb. Ümumilikdə isə bu gün “sarı jiletlilər”in Fransanın müxtəlif şəhərlərində keçirilən etiraz aksiyalarında 32 min nəfər iştirak edib.









Azvision.az



Teqlər: Paris   Fransa   Etiraz  





Xəbər lenti