Bakı metrosunda cibgir saxlanılıb

Bakı metrosunda cibgir saxlanılıb
  12 Yanvar 2019    Oxunub:2008
Metronun “Elmlər Akademiyası” stansiyasında oğurluqda şübhəli bilinən şəxs tutulub.
DİN-dən Azvision.az -a verilən məlumata görə, Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 11-də metronun “Elmlər Akademiyası” stansiyasının platformasında Masallı rayon sakini olan bir qadının cibindən mobil telefonunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Adil Quliyev saxlanılıb.

Azvision.az



Teqlər: DİN   Metro  





Xəbər lenti