Ermənistanda polislə etirazçılar arasında qarşıdurma – VİDEO

  12 Yanvar 2019    Oxunub : 2311
 Ermənistanda polislə etirazçılar arasında qarşıdurma – VİDEO
Ermənistanda müdafiə nazirinin keçmiş müavini, general Manvel Qriqoryanın yenidən həbsini tələb edən etirazçılarla polis arasında qarşıdurma yaşanıb.
Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, hazırda aksiyanı davam etdirənlər Qriqoryanın girov qarşılığında zaminə buraxılmasına etiraz olaraq hava limanına gedən yolu bağlayıblar.

Oturaq aksiyanı dağıtmaq istəyən polislə etirazçılar arasında qarşıdurma baş verib.

Qeyd edək ki, qanunsuz silah və hərbi sursat saxlamaqda, həmçinin, küllü miqdarda dövlət vəsaiti mənimsəməkdə ittiham edilərək həbs olunan Ermənistan müdafiə nazirinin keçmiş müavini Manvel Qriqoryan 25 milyon dram (təqribən 52 min ABŞ dolları) müqabilində 21 dekabrda zaminə buraxılıb. Həmin gündən etibarən generalın yenidən həbsini tələb edənlərin etirazı səngimir. Ermənistan Baş Prokurorluğu da onun sərbəst buraxılması ilə bağlı qərardan Apellyasiya Məhkəməsinə şikayət verib.



Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Ermənistan