Qazaxda daha bir erməni təxribatı - Ekskavator atəşə tutuldu (FOTOLAR)

 Qazaxda daha bir erməni təxribatı -   Ekskavator atəşə tutuldu (FOTOLAR)
  12 Yanvar 2019    Oxunub:9630
Qazax və Ağstafa rayonları ərazisində düşmənlə təmas xəttində xidməti-döyüş fəaliyyətini həyata keçirən sərhəd döyüş məntəqələri istiqamətində Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin pozulması halları davam etməkdədir.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Azvision.az -a verilən məlumata görə, 12 yanvar tarixində saat 11:20 və 11:40 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələrindən Qazax rayonunun Kəmərli kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinin arxasında mühəndis işləri aparan, mülki şəxs tərəfindən idarə olunan ekskovatora doğru 7,62 mm çaplı “PK” pulemyotundan və 12,7 mm çaplı “DŞK” pulemyotun-dan atəş açılmış, nəticədə 6 güllə ekskovatorun çalovuna və başqa hissələrinə dəyib, kabinanın şüşəsi sındırılıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.







Azvision.az



Teqlər: DSX   Təxribat  





Xəbər lenti