“464 azərbaycanlı xaricdən readmissiya ilə geri qaytarılıb” - DMX rəisi

 “464 azərbaycanlı xaricdən readmissiya ilə geri qaytarılıb” -    DMX rəisi
  11 Yanvar 2019    Oxunub:2304
Ötən il xarici ölkələrdən Azərbaycan Respublikasına 464 vətəndaşın readmissiyası həyata keçirilib.
Azvision.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ölkədə qaçqın statusu əsasında yaşayan şəxslərin sayında 16% artım müşahidə olunub.

DMX rəisi qeyd edib ki, hazırda bu şəxslərin sayı 78 nəfərdir (47 nəfər ərizəçi 31 nəfər ailə üzvü ilə birlikdə). (2017-cı ilin müvafiq dövründə (44 nəfər ərizəçi 23 nəfər ailə üzvü ilə birlikdə) 67 nəfər olub.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: DMX   Hesabat  





Xəbər lenti