Azərbaycanda 3220 nəfərə daimi yaşama icazəsi verilib

 Azərbaycanda 3220 nəfərə daimi yaşama icazəsi verilib
  11 Yanvar 2019    Oxunub:2926
2018-ci ildə Azərbaycanda 41 030 nəfərə müvəqqəti, 3220 nəfərə daimi yaşama, 6162 nəfərə iş icazəsi verilib.

Azvision.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
DMX rəisinin sözlərinə görə, hesabat dövründə xidmət tərəfindən miqrasiya qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı 19 210 qərar qəbul edilib: “Xidmətə vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı 27 509 müraciət daxil olub. Xarici ölkələrdən Azərbaycan Respublikasına 464 vətəndaşın readmissiyası həyata keçirilib”.

V.Hüseynov qeyd edib ki, ölkədə qaçqın statusu əsasında yaşayan şəxslərin sayında 16 faiz artım müşahidə olunub. Hazırda bu şəxslərin sayı 78 nəfərdir.

Bundan əlavə, hesabat dövründə xarici ölkələrdən Azərbaycana 464 vətəndaşın readmissiyası həyata keçirilib.

Elvin Abdulqədirov
Azvision.az



Teqlər: DMX   Hesabat  





Xəbər lenti