71 kiloqram narkotik dövriyyədən çıxarılıb

   71 kiloqram narkotik dövriyyədən çıxarılıb
  11 Yanvar 2019    Oxunub:1382
Respublikanın daxili işlər orqanları ümumən cinayətkarlığa, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini uğurla və qətiyyətlə davam etdirirlər.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, bu istiqamətdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin təkcə 10 günü ərzində güclü təsiredici xüsusiyyətə malik, ümumi çəkisi 71 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə, o cümlədən 10,7 kiloqramdan çox heroin, 14,6 kiloqrama yaxın həşiş, 45,6 kiloqram marixuana və 60 qram tiryək götürülərək qanunsuz dövriyyədən çıxarılıb.

Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Azvision.az


Teqlər: DİN   Narkotik  





Xəbər lenti