FHN-nin xilasedicilərinə “Həyəcan” siqnalı verildi

FHN-nin xilasedicilərinə “Həyəcan” siqnalı verildi
  11 Yanvar 2019    Oxunub:3026
Şəxsi heyətin baş verə biləcək fövqəladə hallara operativ reaksiyavermə üzrə hazırlıq səviyyəsi yoxlanılıb.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az - verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin hərbi qulluqçularının və xüsusi rütbəli vəzifələrdə xidmət keçən əməkdaşlarının fövqəladə halların qarşısının alınması, nəticələrinin aradan qaldırılmasına hazırlığının lazımi səviyyədə saxlanılması, "Həyəcan" və "Toplanış" siqnalları zamanı Xidmətin tərkibində kompleks məşq, xəbərdaretmə siqnalları üzrə fəaliyyət, "Toplanış" və "Həyəcan" siqnalları üzrə qalxma planına müvafiq vəzifələrin yerinə yetirilməsi, cəmləşmə rayonuna çıxış, fəaliyyətin təminatının təşkili, texnikaların tətbiq edilmələri üçün hazır vəziyyətə gətirilməsi ilə bağlı məşq keçirilib.

Məşq üç mərhələdə keçirilib. Xidmətin şəxsi heyətinə "Toplanış" siqnalı elan olunaraq əvvəlcədən təyin edilmiş yerdə əməkdaşların toplanışı təşkil edilib, xidmətin qüvvə və vasitələri hazırlıq dərəcəsinə gətirilib, şəxsi heyətin toplanış yerinə gəlmə vaxtlarının qeydiyyatı aparılıb.Yaranmış vəziyyət qiymətləndirilib, məşq zamanı yerinə yetirilən bütün fəaliyyətlər nəzərdən keçirilib.

Sonda keçirilən məşqin nəticələri təhlil edilərək ümumi fəaliyyət yüksək qiymətləndirilib, şəxsi heyətə müvafiq tövsiyələr verilib.

Azvision.az


Teqlər: FHN  





Xəbər lenti