DSX-nın konteyner tipli kazarma kompleksi - FOTO

   DSX-nın konteyner tipli kazarma kompleksi -    FOTO
  11 Yanvar 2019    Oxunub:6407
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən yeni istifadəyə qəbul edilən genişlənən konteyner tipli kazarma kompleksi ilk dəfə ötən gün nümayiş etdirilib.

Azvision.az xəbər verir ki, bu konteynerlər nəqliyyat vasitələrinin üzərində, yaxud yük helikopterlərinin xarici asmasında istənilən əraziyə nəql edilərək, qısa müddətdə açılıb qurula bilir.
Konteyner yataqxanalar yaşayış üçün zəruri olan hər cür şəraitə (istilik, havalandırma, elektrik, sanitar qovşaq və s.) malikdir. Bu konteynerlərdən çətin relyefli ərazilərdə, səhra şəraitində istifadə etmək mümkündür.



Qeyd edək ki, ötən gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində yeni inşa edilmiş “Tufan” tipli sərhəd gözətçi gəmisi ilə tanış olub. Prezident, Dövlət Sərhəd Xidmətinin döyüş texnikası, silah-sursat və digər təyinatlı avadanlıqlarına baxış keçirib.



Anar Kəlbiyev
Azvision.az



Teqlər: DSX  





Xəbər lenti