MTRŞ-nın növbəti iclası keçirilib
İclasda çıxış edən MTRŞ-nın sədri Nuşirəvan Məhərrəmov bildirib ki, yanvar faciəsi ümumxalq hüzn günü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mərdliyini bir daha sübut edib. O, bu hadisəyə ilk siyasi qiymətin 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini vurğulayıb. Sonra Şuranın 2018-ci il hesabatı dinlənilib və qənaətbəxş hesab olunub.
Azvision.az
Teqlər: MTRŞ