Hərbi topoqrafların toplanışı keçirilir

Hərbi topoqrafların toplanışı keçirilir
  09 Yanvar 2019    Oxunub:1149
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 2019-cu tədris ili üçün təsdiq etdiyi plana əsasən, Azərbaycan Ordusunun topogeodeziya təminatının təşkili və hidroqrafiya işi ixtisaslı hərbi qulluqçuları ilə təlim-metodiki toplanış keçirilir.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Naviqasiya və Kartoqrafiya İdarəsinin rəisi 1-ci dərəcəli kapitan Davud Bağırlı Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən 2019-cu ildə qarşıya qoyulan tapşırıqları, eləcə də təşkil olunan toplanışda ixtisas üzrə məşğələlərin, fiziki, praktiki və test sınaqlarının müvafiq qaydada keçirilməsi ilə bağlı tövsiyələri şəxsi heyətə çatdırıb.



Azvision.az


Teqlər: Topoqraf   MN  





Xəbər lenti