“Qarabağ qaziləri” Bakıya qayıtdı

“Qarabağ qaziləri” Bakıya qayıtdı
  08 Yanvar 2019    Oxunub:1863
Yanvarın 3-də Türkiyənin veteranlardan ibarət “Türk Silahlı Qüvətləri” amputant futbol komandası ilə yoldaşlıq görüşü keçirmiş Azərbaycanın “Qarabağ qaziləri” amputant futbol federasiyasının əlillərdən ibarət komandası bu gün Bakıya dönüb.
Azvision.az xəbər verir ki, fedarasiyanın rəhbəri Rövşən Akif oğlu və qazilər daha sonra Fəxri Xiyabana gələrək müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər, məzarı önünə gül dəstələri düzüblər.

Daha sonra Şəhidlər xiyabanını ziyarət ediblər. Onlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə güllər düzüblər.

Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk Şəhidliyi” abidəsidə ziyarət edilib

Təntənəli qarşılaşnma mərasimində “Qarabağ qaziləri” amputant futbol federasiyasının rəhbəri Rövşən Akifoğlu bildirib ki, biz daima Ali baş komandanın tapşırıq və tövsiyələrini ürəklə əməl edir , bu yolda addımlayırıq

Ehtiyatda olan polkovnik-leytenant Elmar Hüseynov çıxış edərək deyib ki, Ankarada “Altındağ” stadionunda keçirilən oyundan əvvəl Türkiyənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu hər iki komandanın futbolçuları ilə görüşüb.

Azərbaycan komandası səfər çərçivəsində Türkiyənin veteranlardan ibarət “Türk Silahlı Qüvvələri” amputant futbol komandası ilə yoldaşlıq görüşü keçirib. Oyun 4:4 hesablı heç-heçə ilə başa çatıb.

Qeyd olunub ki, Türkiyədə səfərdə olan Azərbaycanın “Qarabağ qaziləri” amputant futbol federasiyasının nümayəndələri və milli komandanın üzvləri daxili işlər naziri Süleyman Soylu ilə də görüşüblər.

Vurğulanıb ki, “Qarabağ qaziləri” amputant futbol federasiyasının nümayəndələri və milli komandanın üzvləri Ulu Öndərin Ankaradaki abidəsini və Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün Ankarada dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət ediblər.

Azvision.az


Teqlər:





Xəbər lenti