Kapitan İsmayılovun axtarışları çətinləşib

   Kapitan İsmayılovun axtarışları çətinləşib
  08 Yanvar 2019    Oxunub:6476
Xəbər verdiyimiz kimi, saat 16:50-də Qaradənizdə Türkiyənin Samsun şəhəri yaxınlığında Panama bayrağı altında üzən “Volgabalt 214” gəmisi qəzaya uğrayıb. Gəminin ekipaj üzvlərindən 2 nəfəri Azərbaycan vətəndaşıdır.
Qəza zamanı gəmi kapitanının baş köməkçisi İbrahimov Məmmədəli Surxay oğlu dünyasını dəyişib, onun meyiti sudan çıxarılaraq təhvil verilib. Digər Azərbaycan vətəndaşı - gəmi kapitanı İsmayılov Turbat Kamil oğlunun axtarışları isə davam etdirilir.

Azərbaycanın Türkiyədəki səfirliyindən Azvision.az -a bildirilib ki, hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar kapitan İsmayılovun axtarışları çətinləşib.

"Hava şəraiti çox pisdir. Dənizdə fırtına müşahidə edilir. Hələlik ikinci vətəndaşımızın axtarışları nəticə verməyib", - deyə səfirlikdən qeyd edilib.

Aytən Zəhra
Azvision.az



Teqlər: Dəniz   Kapitan  





Xəbər lenti