Rusiyada qəzaya düşən azərbaycanlılarla bağlı yeni məlumat

 Rusiyada qəzaya düşən azərbaycanlılarla bağlı  yeni məlumat
  07 Yanvar 2019    Oxunub:1692
Rusiyanın Stavropol diyarında baş vermiş yol qəzasında yaralanan azərbaycanlıların vəziyyəti Azərbaycan Xarici İşlər Nazirliyinin və Azərbaycanın Rusiyadakı Səfirliyinin diqqət mərkəzindədir.

Bu barədə AzVision.az -a Azərbaycan XİN-dən məlumat verilib.
Nazirlikdən bildirilib ki, qəzada 7 Azərbaycan vətəndaşı xəsarət alıb: “Ötən gün Rusiyadakı səfirliyimiz və Rusiya Fövqəladə Hallar Nazirliyi ilə dəqiqləşdirmə apardıq. Bəlli oldu ki, mikroavtobusda olan 13 sərnişindən 7 nəfəri qəzada yaralanıb. Onlar yaxınlıqdakı Levokumsk rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Yaralıların vəziyyəti diqqət mərkəzimizdədir”.

Qeyd edək ki, yanvarın 6-da Rusiyanın Stavropol diyarında Azərbaycan vətəndaşlarını daşıyan “Mercedes” markalı mikroavtobus aşıb. İlkin məlumata görə, qəzaya səbəb sürücünün idarəetməni itirməsidir.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Rusiya   Qəza   XİN  





Xəbər lenti