Bərdədə qəza ölümə səbəb oldu

Bərdədə qəza ölümə səbəb oldu
  05 Yanvar 2019    Oxunub:1907
Yanvarın 4-də saat 8 radələrində Bərdə rayonunun Kövər kəndi ərazisində rayon sakinləri Yaşar Əmrahovun və Vüqar Hacıyevin idarə etdikləri 2 “VAZ” markalı avtomobil toqquşub.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, nəticədə Y.Əmrahov hadisə yerində ölüb, V.Hacıyev isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: Qəza   Bərdə   DİN  





Xəbər lenti