Daşınmaz əmlak bazarında vəziyyət necədir?

   Daşınmaz əmlak bazarında vəziyyət necədir?
  05 Yanvar 2019    Oxunub:4986
Bakıda daşınmaz əmlak bazarında qiymətlər stabildir. Son 2 il ərzində aparılan tədqiqatlar göstərir ki, daşınmaz əmlak bazarında proseslər ümumi iqtisadiyyata, iqtisadi artıma, ÜDM-in artım tempinə, inflyasiya göstəricilərinə uyğunlaşıb.

Bu barədə Azvision.az -a Əmlak Ekspert Mərkəzinin direktoru, əmlak eksperti Ramil Osmanlı bildirib.
Onun sözlərinə görə, hazırda bazarda əvvəlki kimi süni, fantastik qiymət dəyişmələri müşahidə olunmur: "Daşınmaz əmlak bazarında tələbin artımını şərtləndirən müəyyən iqtisadi amillər var. Buna makroiqtisadi göstəricilərin artımı, ÜDM-in artımı, ölkə daxilində aparılan şəhərsalma və tikinti ilə bağlı bir sıra həyata keçirilən layihələr təsir göstərir. Son 2-3 il ərzində ölkədə aparılan söküntü, şəhərsalma, infrastruktur layihələrinin həyata keçirilməsi zamanı bazara nəğd pul axınları məhdudlaşdırılıb. Proseslər əvəzləşmə formasında həyata keçirilir. Bu da bazara süni pul axınlarının, nəğd pul axınlarının qarşısını alır və tələb yaratmır. Ona görə də bazarda qiymətlər sabitləşib və tələbin kəskin artımı müşahidə olunmur".

R.Osmanlı qeyd edib ki, bu gün Azərbaycanda mövcud mənzil fondu əhalinin təlabatını tam olaraq ödəmir. "Müxtəlif vaxtlarda qiymətlərin artımını müşahidə edirik. Bu prosesdə mənzil fondunun artırılmasında iştirak edən sahibkarların, tikinti şirkətlərinin qiyməti nəzarətdə saxlaması qiymət azalmasının qarşısını alır və əksinə qiymətləri artırır. Bu tendensiya Bakı şəhərində deyil, digər mərkəzi şəhərlərdə də buna adekvat qiymət artımları müşahidə edilir. Həmçinin turizm üçün əlverişli olan ərazilərdə torpaq qiymətlərinin kəskin dəyişmələri müşahidə olunur".

Aytən Zəhra
Azvision.az




Teqlər: Əmlak   Qiymət  





Xəbər lenti