Azvision.az xəbər verir ki, bu barədə "Azərbaycan" qəzetində yer alan məqalədə qeyd olunub. Bildirilib ki, ötən il Prezidentin iştirakı ilə Masallı Sənaye Məhəlləsi, Mingəçevir Sənaye Parkında "Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı üzrə iki müəssisəsi, Şamaxıda "Şirvan şərabları” MMC-nin şərab zavodu, Sumqayıt Kimya Sənaye Parkında "SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodu, həmçinin İnşaat Kimyəviləri Zavodu, "Baku Non Ferrous and Foundry Company” MMC-nin əlvan metallar və ferroərintilər zavodu və "Tabaterra” QSC-nin tütün məmulatları istehsalı fabriki, "Qubaekoaqrar” MMC-nin kənd təsərrüfatı mallarının istehsalı zavodunun və "Azərxalça” ASC-nin Ağdam, Xaçmaz, İsmayıllı, Lənkəran filiallarının açılış mərasimləri keçirilib.
Prezident, həmçinin keçən il Mingəçevir, İmişli və Şəkidə "ASAN Həyat” komplekslərinin açılışlarını edib. Həmçinin "ABAD” publik hüquqi şəxsin Qubadakı "ABAD Factory” İstehsalat Kompleksinin, Şəkidəki "ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin açılış mərasimlərində olub.
Azvision.az