Gömrükdə qanunsuz spirtli içkilər aşkarlandı

Gömrükdə qanunsuz spirtli içkilər aşkarlandı
  04 Yanvar 2019    Oxunub:1667
Avtomobildə aksiz markası olmayan spirtli içkilər aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Azvision.az -a verilən məlumata görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında Azərbaycan vətəndaşının idarə etdiyi “Toyota Prado” markalı avtomobil Gəncə şəhəri istiqamətində hərəkət edərkən Ağstafa rayonu ərazisində saxlanılıb və baxış keçirilməsi üçün “Tovuz” gömrük postunun inzibati binasının həyətinə gətirilib.

Baxış zamanı avtomobilin yük yerindəki sellofan bağlamalardan Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan, üzərində “Hennesy X.O.” yazısı olan 70 ədəd 0,7 litrlik, üzərində “Moet&Chandon” yazısı olan 60 ədəd 0,75 litrlik və üzərində “Godet Antarctica” yazısı olan 6 ədəd 0,5 litrlik spirtli içki aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DGK  





Xəbər lenti