Ədliyyə naziri vətəndaşları qəbul edəcək

Ədliyyə naziri vətəndaşları qəbul edəcək
  03 Yanvar 2019    Oxunub:2502
Ədliyyə naziri Fikrət Məmmədov yanvarın 7-də Ağdaş rayonunda vətəndaş qəbulu keçirəcək.
Bu barədə Azvision.az -a Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Ağdaş rayonu Heydər Əliyev Mərkəzində (ünvan: Ağdaş Rayon İcra Hakimiyyətinin yaxınlığı) keçiriləcək qəbulda Ağdaş, Yevlax və Ucar rayonlarından olan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşlar qəbula Göyçay regional ədliyyə idarəsi (ünvan: Göyçay şəhəri, Nizami küçəsi 111, əlaqə telefonu: (02027) 4-30-41, (050) 220-10-12), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə, eləcə də Ağdaş rayonu Heydər Əliyev Mərkəzində yazıla bilərlər.

Eyni zamanda vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

Azvision.az


Teqlər: Nazir   Görüş  





Xəbər lenti